Manatın sabitliyinə təhdid yoxdur – Elman Rüstəmov

Manatın sabitliyinə təhdid yoxdur  – Elman Rüstəmov

“Manatın məzənnəsi dayanıqlıdır, sabitliyinə təhdid yoxdur. Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur”.

Metbuat.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu il valyuta satışı ilə bağlı 30-a yaxın hərrac keçirilib: “Tələb və təklif bərabər olub. Hətta Azərbaycan Respublikası Dövlət Neft Fondu biraz geri qalıb. Neftin əlverişli qiyməti manatın qiymətinə ilin sonuna kimi nikbin baxmağa əsas verir”.

Sədr qeyd edib ki, ölkədə real iqitsadi artım 3 faiz olub.

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elman Rüstəmov , Mərkəzi Bank , Azərbaycan Respublikası Dövlət Neft Fondu , Azərbaycan Xəbərləri Class , Azərbaycan
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər