“Mançester Siti” yenidən liderliyə yüksəldi

“Mançester Siti” yenidən liderliyə yüksəldi

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları davam edir.


Günün mərkəzi qarşılaşmasında “Mançester Siti” öz meydanında “Tottenhem”i qəbul edib.


Gərgin idman mübarizəsi şəraitində keçən oyun “şəhərlilər”in 1:0 hesablı qələbəsilə yekunlaşıb. Matçda yeganə qolu Filip Foden vurub.


Qeyd edək ki, “Mançester Siti” klubu bu qələbədən sonra xallarının sayını 86-ya çatdıraraq turnir cədvəlində yenidən liderliyə yüksəlib. “Tottenhem” isə 67 xalla üçüncü pillədə qərarlaşıb. (azvision.az)

Açar sözlər
Filip Foden , Mançester
İdman xəbərləri
Moderator.az digər xəbərlər