Marketdə qətlə yetirilən kassirin görüntüləri - VİDEO

Marketdə qətlə yetirilən kassirin  görüntüləri  -  VİDEO

Rusiyanın Tula şəhərində kassir qadının bıçaqlanması anını əks etdirən dəhşətli görüntülər yayılıb.

Qəfildən marketə daxil olan kişi kassir qadını yerə yıxaraq ona 20-yə yaxın bıçaq zərbəsi endirib. Nəticədə qadın hadisə yerindəcə dünyasını dəyişib.

Hadisənin dəhşətli görüntüləri isə mağazanın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Daha sonra məlum olub ki, qadınla onu qətlə yetirən kişi qonşu olub. Kişinin hər gün evdə yüksək səslə musiqi dinləməsi kassiri özündən çıxarıb və ondan polisə şikayət edib. Cərimə olunan şəxs qadını bıçaqlamağı planlaşdırıb.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər