Martın 17-də buraxılış imtahanı keçiriləcək

 Martın 17-də buraxılış imtahanı keçiriləcək

Martın 17-də Mingəçevir şəhərində, Ağcabədi, Ağdaş, Ağstafa, Balakən, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Göyçay, Hacıqabul, İsmayılllı, Lerik, Masallı, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Qusar, Salyan, Siyəzən, Şəmkir, Tovuz, Ucar, Xızı, Xocavənd, Yardımlı, Zaqatala rayonlarında, həmçinin, Bakı şəhərində yerləşən internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, cəzaçəkmə müəssisələrində olan məktəblərdə və Çilov adasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Xeberler.az bildirir ki, buraxılış imtahanında iştirak edəcək şagirdlərhttps://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olanarayışı DİM-in saytındanyükləmək olar.

Mədəniyyət xəbərləri
Xeberler.az digər xəbərlər
 Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib

11-03-2019 15:56 - Xeberler.az - İqtisadiyyat
Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi elan edilib.
Xeberler.az bildirir ki, müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə 6 mövzu - təhsilin idarəedilməsi; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması; təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; informasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilir.
Müsabiqədə iştirak etmək istəyən şəxslərwww.grants.edu.azsaytında qeydiyyatdan keçməli və müvafiq sənədləri cari ilin aprelin 1-i saat 18.00-dan gec olmayaraq sistemə yükləməlidirlər.
Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır.
Layihələrin icrasına 2019-cu il iyunun 1-dən başlanıla bilər.
Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır..