Masallıda ata ehtiyatsızlıqdan iki yaşlı oğlunu öldürüb

Masallıda ata ehtiyatsızlıqdan iki yaşlı oğlunu öldürüb

Masallı rayonunda körpə ehtiyatsızlıqdan dünyasını dəyişib. REAL - ın xəbərinə görə, hadisə Qarğalıq kəndində qeydə alınıb. 1984-cü il təvəllüdlü Məhəbbət Qasımov idarə etdiyi Ford markalı avtomobili yaşadığı evin həyətinə park edərkən 2 yaşlı Musa Qasımovu vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.

Hadisə xəbərləri
Realtv.az digər xəbərlər