Masallıda Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilib

Masallıda Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilib

Masallı, 9 may, Bağır Əliyev, AZƏRTAC

Masallıda Böyük Vətən Müharibəsi veteranları ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edənlər Böyük Vətən Müharibəsinin veteranlarını ikinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Çay süfrəsi ətrafında davam edən görüşdə çıxış edən Böyük Vətən Müharibəsinin veteranları müharibədə keçdikləri döyüş yolundan, xatirələrdən danışıblar.

Böyük Vətən Müharibəsinin veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Siyasət xəbərləri
Azertag.az digər xəbərlər