Masallıda futbol üzrə rayon turniri başa çatıb

Masallıda futbol üzrə rayon turniri başa çatıb

Masallı, 8 may, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Banbaşı kənd stadionunda Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında futbol üzrə rayon turniri başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir ay davam edən turnirdə 12 komanda mübarizə aparıb. Finalda Binə Xocavar və Böyük Xocavar kənd komandaları qarşılaşıblar.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən final görüşündə rəqibinə 2:1 hesabı ilə qalib gələn Binə Xocavar kənd komandası turnirin qalibi olub.

Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələr təqdim edilib.

İdman xəbərləri
Azertag.az digər xəbərlər