Maşınları əzən sərxoş sürücünün kimliyi məlum oldu — TƏFƏRRÜAT

Maşınları əzən sərxoş sürücünün kimliyi məlum oldu —  TƏFƏRRÜAT

Paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın qarşısında sərxoş halda “Toyota Land Cruiser” ilə bir neçə avtomobili əzən şəxsin kimliyi məlum olub.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə azvision.az -a bildirib ki, hadisəni törədən Sənan Kərimov adlı şəxsdir.

DİN rəsmisinin sözlərinə görə, S.Kərimov həmin binadakı mənzillərin birində kirayədə yaşayır: "Avtomobilin sahibi xaricdə yaşayır. O, maşının açarlarını qonşusuna etibar edib və həftədə bir neçə dəfə avtomobilin mühərrikinin yatmaması üçün işə salmasını istəyib. Hadisə baş verən gün qonşu maşını işə sala bilməyib. Bu zaman həyətə daxil olan sərxoş Sənan Kərimovdan kömək istəyib. O, Sənana bildirib ki, maşını işə salıb, bir-iki dövrə vurmaq lazımdır. Sərxoş olan sürücü avtomobili idarə edən zaman binanın həyətindəki ən azı 9 avtomobili əzib”.

O. Mansurzadə qeyd edib ki, Sənan Kərimov artıq saxlanılıb, sərxoşluq ekspertizasından keçirilib və onun ortadərəcəli sərxoş olduğu müəyyənləşib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər