MDU ermənilərə tərəfdaşlıq edir? - Səfirlikdən açıqlama


M.V.Lomonosov adına Moskva Dövlət Universiteti erməni diasporu tərəfindən Moskvada "Şuşanın işğaldan azad edilməsinin ildönümü" ilə bağlı keçirilən təxribat xarakterli tədbirin tərəfdaşı deyiluniversitet ərazisində bu cür tədbirlərin ali təhsil ocağında keçirilməsinə imkan vermir.

Bunu Report-a Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.

Qeyd edək ki, bu gün - mayın 7-sində keçirilməsi planlaşdırılan Şuşanın "işğaldan azad olunması" gününə həsr olunan tədbirdə erməni diasporu M.V Lomonosov adına Moskva Dövlət Universitetini rəsmi tərəfdaş kimi göstərmişdi. Sosial şəbəkələrdə yayılan məlumatlardan sonra Azərbaycanın Rusiyadakı səfirliyi Universitetə müraciət ünvanlayıb. Bundan sonra məlumat sosial şəbəkələrdən silinib.


Siyasət xəbərləri
Teleqraf.com digər xəbərlər