Mebel almaq istəyənlərin nəzərinə: Qiymətlər "od tutub yanır" - VİDEO

Mebel almaq istəyənlərin nəzərinə: Qiymətlər "od tutub yanır" - VİDEO

Mebel almaq istəyənlərin nəzərinə: Qiymətlər "od tutub yanır" - VİDEO

Ev alarkən və ya tikdirərkən ilk ağıla gələn,yəqin ki, mətbəx olur. Yəni bir evi mətbəxsiz təsəvvür etmək mümkün deyil. Mətəbxin özünü isə əşyalarsız , xüsusilə, mebelsiz düşünə bilmirik. Hansı ki, bu mebellərin qiyməti son vaxtlar əl yandırır. Vətəndaşlar mətbəx mebelinin baha olduğu qənaətindədir.

Mebellərin quraşdırılması və satışı işə ilə məşğul olan Musa Əliyev deyir ki, mətbəx mebeli üçün istifadə edilən materiallar daha çox laminat, mdf, membranvə akrildir. O bildirir ki, əsasən Almaniya,İtalya və Türkiyədən idxal olunan bu materiallar son 1 ildə 50 faizə qədər bahalaşıb.

Musa Əliyevin sözlərinə görə, laminantın 1 metri əvvəllər 35-50 manat idisə, indi bu qiymət 60-85 manatdır. MDF 90 manatdan 105 manata, membran isə 75-90 manatdan 95-120 manata qədər bahalaşıb. Akrilin metrəsi isə hazırda 350 manatdır. Musa Əliyevin sözlərinə görə, Materialların bu cür bahalaşması hazırlanan mebellərin qiymətinə birbaşa təsir edir.

Musa Əliyev bildirir ki, yerli materiallardan hazırlanan mətbəx mebellərinin qiymətində də artım müşahidə olunur. (xəzərxəbər)

Açar sözlər
Musa Əliyev , Türkiyə , Almaniya
İqtisadiyyat xəbərləri
Big.az digər xəbərlər