Mədəniyyət sahəsində könüllülük ordusu genişlənir

Mədəniyyət sahəsində könüllülük ordusu genişlənir

Aprelin 24-də Lənkəran Dövlət Universitetində "Mədəniyyət sahəsində könüllülük fəaliyyəti" mövzusunda seminar keçirilmişdir. Seminarı Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi təşkil etmişdir. Məqsəd mədəniyyət sahəsində çalışan əməkdaşlar arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahələrin potensiallarının səfərbər olunması, inteqrasiyası, müəssisələr arası əməkdaşlıq əlaqələrinin genişləndirilməsidir.

Seminarı giriş sözü ilə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev açmışdır. Son illərdə Azərbaycanda keçirilən bir çox beynəlxalq mədəni tədbirlərdə və gündəlik fəaliyyətində gənclərin könüllü olaraq yaxından iştirak etdiyini deyən A.Usubəliyev ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə zəngin təcrübəyə malik böyük bir hərəkətə çevrildiyini müsbət hal kimi dəyərləndirib.

Mərkəzin elmi katibi Cavid Əliyev "Azərbaycanda könüllülük fəaliyyəti" adlı məruzəsində dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən, müasir çağırışlardan bəhs edib.

"Könüllülük beynəlxalq təcrübədə" adlı təqdimatla çıxış edən Mərkəzin sektor müdiri Ceyhun Əhmədov könüllülük fəaliyyəti, onun mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının, peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülüyün rolu haqqında məlumat verib.

.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər