"Mədəniyyətimiz üçün çox böyük itkidir" - Elza Seyidcahan


"Mədəniyyətimiz üçün çox böyük itkidir" - Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan Xalq artisti Arif Məlikovun vida mərasimində iştirak edib.

Elza Seyidcahan AzNews.az-a açıqlamasında Arif Məlikovun dahi şəxsiyyət olduğunu deyib:

"Arif Məlikov bizim dahi müəllimimiz olub. Gözəl xüsusiyyətlərə, keyfiyyətlərə malik bir dahi şəxsiyyət idi. Yumşaq qəlbli, eyni zamanda gözəl insan, xalqımıza şərəflə, son nəfəsinə kimi xidmət göstərən dahi bəstəkar idi. Əsərləri və musiqiləri ilə o böyük mədəniyyətə böyük bir iz qoydu. Onun çoxlu istedadlı tələbələri arasında mən də varam. Çox xoşbəxtəm ki, Arif müəllimin tələbəsi olmuşam. Mədəniyyətimiz üçüm çox böyük bir itkidir. Allah rəhmət eləsin!".

Cebhe.info


Oxunma sayı: 89