Dövlət başçımızın aparılan bərpa-quruculuq işlərinə şəxsən özünün nəzarət etməsi qürurvericidir - Deputat
01-07-2022 07:52
- Mediaxeberleri.az - Siyasət
Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından xəbər verir.” Milli Məclisin deputatı bildirib ki, dövlət başçısının ötən Kəlbəcər səfərindən sonra növbəti dəfə burada yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su-Elektrik Stansiyasının açılışının olması, Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa olunması ölkədə aparılan köklü işlərin əhəmiyyətini göstərir: “Prezident İlham Əliyev bu səfəri zamanı Laçın rayonunda “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə, “Həkəriçay” su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında və Kəlbəcər-Laçın avtomobil yolunda, Kəlbəcərdəki “Çıraq-1” Kiçik Su-Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış oldu.