Medvedev 4 ukraynalını “qara siyahı”dan çıxardı

Medvedev 4 ukraynalını “qara siyahı”dan çıxardı

Həmin şəxslərin "qara siyahı"dan çıxarılmalarının səbəbi açıqlanmır

Rusiya baş naziri Dmitri Medvedev 4 Ukrayna vətəndaşına qarşı tətbiq olunan sanksiyaları ləğv edib.

Bunlar Ukrayna milli telekanalının baş direktoru Vladimir Lokotko, Kiyev şəhər administrasiyasının keçmiş rəhbəri Leonid Çernovetski, "Praveks-Bank"ın müşahidə şurasının eks-rəhbəri Stepan Çernovetski, eləcə də Vladimir Krılovdur.

Həmin şəxslərin "qara siyahı"dan çıxarılmalarının səbəbi açıqlanmır.(qafqazinfo.az)

Siyasət xəbərləri
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.
Olaylar.az digər xəbərlər