Medvedev Paşinyanın “Başqa sual yoxdursa, biz keçə bilərik?” sualına elə cavab verdi ki… –Yerevandakı tədbirdə pərtlik yaranıb


Medvedev Paşinyanın “Başqa sual yoxdursa, biz keçə bilərik?” sualına elə cavab verdi ki… –Yerevandakı tədbirdə pərtlik yaranıb

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də Yerevanda rusiyalı həmkarıDmitri Medvedevlə keçirdiyigörüşdəki davranışına görə ölkəictimaiyyətinin tənqidi ilə üzləşib.

Bunu “Novosti Armeniya” yazıb.

Ermənistanın Rəqabətədavamlıllıq üzrə Milli Şurasının üzvüAvetik Çələbyanbildirib ki, Rusiyanın Baş NaziriDmitri Medvedevin davranışı iki ölkə arasındakıdostluq münasibətlərində ən azı ümidsizlik yaradır və qınanmalıdır.

Onun sözlərinə görə, Rusiya hökumətinin başçısı Yerevandakı görüşdə davranışı ilə təhqirə yol verib: “Rusiya rəhbərliyi buna görə izahat verməlidir”.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanı da dövlət dilində danışmadığı üçün tənqid edib: “Baş nazir xüsusi ilə Ermənistan ərazisində dövlət dilində danışmalıdır. Qonaqlar üçün keyfiyyətli soinxron tərcümə mövcuddur”.

A.Çələbyan vurğulayıb ki, Ermənistan ilk dəfə deyilAvrasiya İqtisadi İttifaqında təzyiqə məruz qalır.

O, Qazaxıstanın keçmiş PrezidentiNursultan Nazarbayevvə Belarusun dövlət başçısıAleksandr Lukaşenkonun Ermənistan hakimiyyətini əvvəllər də tənqid etdiyini vurğulayıb.

N.Paşinyanın tərəfdarları isə Rusiya Baş Nazirinin davranışını “Velikorus şovinizminin növbəti görüntüsü”, “Rusiya elitasında Medvedevin çatışmayan çəkisi”, “Rusiya Baş nazirinin tərbiyəsizliyi” kimibelə qiymətləndiriblər.

Qeyd edək ki, YerevandaAvrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası keçirilib.D.Medvedevin toplantıdaN.Paşinyanın sualınaverdiyi cavabla mətbuatın gündəminə düşüb.

Həmin görüşdə Nikol Paşinyan deyib:“Başqa sual yoxdursa, biz keçə bilərik?”.

D.Medvedev sualı belə cavablandırıb: “Yox”.

Rusiyanın hökumət başçısı bu ifadənin sərtliyini yumşaltmaq üçün zarafat etməyə səy göstərib: “Bəs, hara keçirik?”.

N.Paşinyan isə pərt halda deyib: “İmzalanma proseduramıza”.

Rusiyanın zaldakı nümayəndə heyətinin üzvləri isə N.Paşinyanın düşdüyü vəziyyətə gülüblər/Report.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər