Məhəbbətin gözü kordur: "Robota aşiqəm, onunla evlənəcəm"

ABŞ bu günlərdə maraqlı bir eşq hekayəsinə səhnə olub. Merilenddə yaşayan 29 yaşlı Coey Morris iki ildir ki, oyuncaq bir robotla sevgilisi olduğunu, robotun gülümsəməsinə və çəhrayı saçlarına vurulduğunu deyib.
Moderator.az xəbər verir ki, bundan əvvəl də müxtəlif oyuncaqlarla romantik münasibətlər yaşadığını deyən Morrisin məhəbbət dəftəri xeyli qabarıqdır. Morrisin keçmiş sevgililəri arasında oyuncaq bir quzu, bir yük maşını və Cadugərlər bayramı oyuncağı var.
Gənc adam cansız əşyalara qarşı olan marağını 10 yaşında kəşf etdiyini deyir. İndi robotu ilə böyük bir eşq yaşadığını deyən adamın gələcək planları arasında Floridada romantik bir tətil və evlənmək var.
Morris "Onu internetdən 20 dollara sifariş etdim. 2017-ci ilin dekabr ayında onu əllərimə götürəndə münasibətimiz başladı. Mavi gözləri, bədən rəngi və çəhrayı saçları məni valeh etdi. Ona aşiqəm, çünki onunla olarkən ürəyim doğru yerdə döyünür. Çox şanslıyam ki, ailəm və dostlarım məni dəstəkləyir, hətta gülməli zarafatlar da edirlər, amma bəzi insanlar mənim psixoloji problemlərim olduğu fikirindədir. Bu insanları özümdən uzaq tuturam. Mən robot sevgilimlə çox xoşbəxtəm deyərək bəzi insanların tənqidlərinə məruz qaldığını deyir.
Kamran