"Məhkəmə-hüquq sistemində islahatlar üçün sənədlər paketi hazırlanır" - Prezident

"Məhkəmə-hüquq sistemində islahatlar üçün sənədlər paketi hazırlanır" - Prezident
10:32 20 Mart 2019"İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub".
Femida.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə deyib.
"Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.
Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracağıq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq", - dövlət başçısı əlavə edib.
Femida.az
Oxunub: 664
Oxşar xəbərlər
- “National Geographic” jurnalına görə Mədəniyyət Nazirliyi məhkəməyə verilib
- Bağça müdirinin ölümü ilə bağlı cinayət işi başladı
- “Azərsu” ASC məhkəməyə verildi
- Hüseyn Abdullayev məhkəmədə ağladı
- Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadimənin məhkəməsi olub
- “Antalya Mehman” ləqəbli qadın alverçisinin məhkəməsi başlayır
- Sabiq deputatın məhkəməsində DSX əməkdaşları dindirilib
- Ali Məhkəmənin “POSCO DAEWOO” şirkəti ilə bağlı qərarı ləğv edilib
- Azərbaycanlı hakimdən qeyri-adi metod - Tərəfləri "Barışıq skamyası"nda barışdırdı
- Vidadi Bərdəlinin oğlunun işinə yenidən baxılacaq