Məhkəmə nümayəndələri hərbi qulluqçularımız görüşüblər

Məhkəmə nümayəndələri hərbi qulluqçularımız görüşüblər

Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Tərtər Hərbi Məhkəməsinin, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Bərdə Qarnizonunun hərbi hissələrində görüşlər keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən

Ordu.az-a verilən məlumata görə, görüşlərdə qarşılıqlı münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonda qonaqlar hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Məhkəmə MN

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.