Mehmet Ali Erbil nə vaxt evə buraxılacaq?

Mehmet Ali Erbil nə vaxt evə buraxılacaq?

Uzun müddətdir səhhətində ciddi problem olan şoumen Mehmet Ali Erbil haqda keçmiş həyat yoldaşı, aktrisa Nergis Kumbasar açıqlama verib.

Musavat.com axşam.az-a istinadən xəbər verir ki, alış-veriş mərkəzində jurnalistlərin suallarını cavablandıran aktrisa "Mehmet Alinin səhhəti çox yaxşıdır. Danışmağında heç bir problem yoxdur. Yemək yeyir, seçmir də. Nə olsa veririk" sözlərini deyib.

Kumbasar barmaq sallaması ilə məşhur olan şoumen haqda "barmaq da sallayır, narahat olmayın" deyərək zarafat edib.

Aktrisa Erbilin xəstəxanadan nə vaxt evə buraxılacağına hələ qərar verilmədiyini söyləyib. O bildirib ki, şoumen fiziki müalicəyə başlayıb.

Qeyd edək ki, Erbil evinin vanna otağında yıxılaraq, beynindən zədə almışdı.

Açar sözlər
Ali Erb
Mədəniyyət xəbərləri
Musavat.com digər xəbərlər