Mehriban Əliyeva Qala divarları olan əraziyə gəldi – VİDEO

Mehriban Əliyeva Qala divarları olan əraziyə gəldi – VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərə gəlib.

Sonxeber.az baku.ws-ə istinadən xəbər verir ki, birinci xanım Kiçik Qala küçəsində yerləşən Qala divarları olan ərazidəki vəziyyətlə yerində tanış olub.

Mehriban Əliyeva sakinlərlə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

Görüş zamanı bildirilib ki, ərazidə aparılan tikinti işləri Qala divarlarına heç bir zərər vurmayıb.

Açar sözlər
Mehriban Əliyeva , Azərbaycan Respublikası , Kiçik Qala Küçəsi
Siyasət xəbərləri
Prezident İlham Əliyev Pekində Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir

Prezident İlham Əliyev Pekində Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir

26-04-2019 09:02 - Ona.az - Siyasət
O, “Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayıb.

Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib.

Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb.

Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışıblar.

Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkiblər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildiriblər.
Sonxeber.az digər xəbərlər