Mehriban Əliyeva qızları ilə konsertdə - FOTO

Mehriban Əliyeva qızları ilə konsertdə - FOTO

Mehriban Əliyeva qızları ilə konsertdə - FOTO

Aprelin 8-də Heydər Əliyev Sarayında virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyevin konserti baş tutub.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”sını, P.Çaykovskinin “Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub.

​Denis Matsuyevin səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin simfonik orkestrləri və dirijorları olub.

P.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu “Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində “Ayın albomu” adına layiq görülüb.

Açar sözlər
Denis Matsuy , Heydər Əliyev , Mehriban Əliyeva , Arzu Əliyeva , Leyla Əliyeva , Unesco , Italiya , Almaniya , Çaykovski , Fransa , Macarıstan , Böyük Britaniya , Azərbaycan Respublikası , Avstriya , Irkutsk , Abş , Niderland , Rusiya
Mədəniyyət xəbərləri
Oxu.az digər xəbərlər
Prezidentin son 11 ayda gördüyü işlər: Fevral

Prezidentin son 11 ayda gördüyü işlər: Fevral

09-04-2019 20:09 - Oxu.az - Siyasət
Belə ki, prezidentin sərəncamlarına uyğun olaraq,- Aqrar Universitetin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına 14 milyon 245 min manat,- Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılmasına 10 milyon 933 min 900 manat,- Gəncə, Sumqayıt, Şəki, Şirvan və Qazaxda, ümumilikdə, 379 binanın dam örtüyünün təmirinə 21 milyon 685 min 830 manat,- Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə 40 milyon manat,- Gəncədə yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlər üçün yeni çoxmənzilli binanın tikintisinə 3,7 milyon manat,- İsmayıllı rayonunda yol tikintisinə 3,8 milyon manat,- 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmirinə ilkin olaraq 5 milyon manat,- Sabunçu rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,6 milyon manat,- Goranboyda yol tikintisinə 21,3 milyon manat,- Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər üçün 21 milyon manat,- Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 3 milyon manat,- Beyləqanın Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisinə 2 milyon manat,- Tovuzda yol tikintisinə 3,3 milyon manat,- Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat,- Sumqayıtda abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsinə 3 milyon manat,- İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün 2 milyon manat,- Ağdamda yol tikintisinə 2,3 milyon manat,- Xızıda yol tikintisinə 850 min manat,- Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinə Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.