Meksikada naməlum şəxslər oteldən 20 nəfəri qaçırıblar

Meksikada naməlum şəxslər oteldən 20 nəfəri qaçırıblar

Naməlum şəxslər Meksikanın Mateuala rayonunda (San-Luis-Potosi ştatı) yerləşən oteldən 20 nəfəri qaçırıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ştatın prokuroru Federiko Erreranın açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, qaçırılan şəxslər xarici ölkələrin vətəndaşları olub: "Mən istintaqa qoşulmaları üçün oraya əməkdaşlar göndərdim və Mateualedə olanlara məlumatın təhlil edilməsi və qaçırılan əcnəbilərin yerlərinin müəyyən edilməsi üçün tapşırıq verdim".

Şahidlərin sözlərinə görə, qaçırılanlar Haiti və Venesuela vətəndaşları olub. Onları otelə 3 avtomobillə gələn naməlum şəxslər qaçırıb.

Açar sözlər
Meksika , Haiti , Prokuror
Hadisə xəbərləri
Milli.az digər xəbərlər