Məktəb direktorlarına tapşırıq verildi - Yuxarı siniflərdə təhsil alan oğlan şagirdlərin...

Məktəb direktorlarına tapşırıq verildi - Yuxarı siniflərdə təhsil alan oğlan şagirdlərin...

Dünən Bakı Şəhər Təhsil İdarəsində Bakının ümumtəhsil müəssisələrinin direktorları və tərbiyə işlərinə məsul şəxslərlə geniş görüş keçirilib.

AZXEBER.COM xəbər verir ki, Movqe.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, görüşün keçirilməsinə səbəb 162 saylı məktəbdə baş verən intihar olayı ilə bağlı digər məktəblərdə önləyici tədbirlərin görülməsidir.

Mənbənin verdiyi məlumata görə, görüşdə bütün direktorlara tapşırıqlar verilib ki, pedoqoji heyyət şagirdlərlə münasibətə həssas yanaşmalı, problemli ailələrdən gələn şagirdlərə diqqəti ikiqat artırmalıdırlar. Direktorlara, tərbiyə işlərinə məsul şəxslərə məktəblərin yuxarı siniflərində təhsil alan oğlan şagirdlərin davranışı, onların pis vərdişlərə aludəçiliyi ilə bağlı nəzarəti artırmaq da tövsiyyə olunub.

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə açıqlamasında faktı inkar edib. Bildirib ki, bu günlərdə direktorlarla belə bir görüş olmayıb. Amma qeyd olunan məsələlər hər zaman təhsili idarəetmə qurumlarının və məktəb direktorlarının diqqət mərkəzindədir.

Açar sözlər
Bəşarət Məmmədov , Bakı Şəhər Təhsil Idarəsi , Bakı
Hadisə xəbərləri
Azxeber.com digər xəbərlər
Avropa Şurasındakı komediya: Yaqlandın marazmı, Leyla Yunusun yalanları

Avropa Şurasındakı komediya: Yaqlandın marazmı, Leyla Yunusun yalanları

12-04-2019 14:57 - Azxeber.com - Siyasət
Çünki beynəlxalq hüququn norma və
prinsipləri dövlətlərin ərazi bütövlüyü ilə sərhəd toxunulmazlığını, şübhəsiz,
yəni aprior hesab edir.


Separatçıların nəzarətindəki ərazilərə səfərlər isə bu
qanunsuz "rejim”lərin dəstəklənməsi anlamına gəldiyindən arzuolunmaz və
yolverilməz sayılır.
Mənəvidirmi? Bəli, çünki belə səfərlərə göz yumulması və
kollaborasionist mövqenin tutulması dövlətin öz ərazilərinin bir hissəsinin
işğalı ilə barışması deməkdir.


T.Yaqland, əslində, Ermənistanın illərdən bəri səsləndirdiyi
və təkidlə vurğuladığı bəyanatı dilə gətirir.


"Azərbaycan israrlı, aqressiv mövqe tutub və humanitar təşkilatları
Dağlıq Qarabağa buraxmır”, – İrəvan deyir.


Ermənistanın söylədiklərinin Strasburqda təkrarlanması təsadüfi
deyil.


Çünki Nikol Paşinyan Avropa Şurasında olan günlərdə "təsadüfən”
orada "Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı” müzakirələr aparıb.
Müzakirələrə özlərini "müxalifətçi, insan hüquqları müdafiəçisi”
adlandıran kəslərlə yanaşı, özünü siyasi və bioloji tullantıya çevirmiş Leyla
Yunus da qatılıb.
"Azərbaycandakı dözülməz vəziyyət”dən, "yüzlərlərlə siyasi məhbus”dan
az qala ağlamsınaraq danışan bu neo-İzergil qarı sonradan buyurub: "Dağlıq
Qarabağ münaqişəsi də başqa problemimizdir.