“Məktəb direktorunun səs yazısı araşdırılacaq” - Təhsil Nazirliyi

“Məktəb direktorunun səs yazısı araşdırılacaq” - Təhsil Nazirliyi

162 nömrəli tam orta məktəbinin 8-ci sinif şagirdi Elina Hacıyevanın özünü məktəbin 3-cü mərtəbəsindən atması ilə bağlı hazırda istintaq tədbirləri aparılır.


Moderator.az xəbər verir ki, bu barədə Azvision.az -a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. O, deyib ki, istintaqın gedişində məsələ ilə bağlı bütün təfərrüatlar araşıdırlacaq və hüquqi qiymət veriləcək.


“Məktəbin direktoru Sevinc Abbasovanın iddia edildiyi səs yazısının özü də araşdırılacaq. Ona görə xahiş edirik istintaq prosesinin nəticələrini gözləyək”.


Qeyd edək ki, aprelin 4-də 162 nömrəli tam orta məktəbin 3-cü mərtəbəsindən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri almış 8-ci sinif şagirdi aprelin 6-da müalicə olunduğu 1 saylı Şəhər Klinik Xəstaxanasında vəfat edib. Onun intihar məqsədilə özünü binadan atdığı bildirilir. Faktla bağlı cinayət işi açılıb.


Hadisə xəbərləri
Moderator.az digər xəbərlər
Məhkəmələrin fəaliyyəti təkmilləşdirilir - Nazir tapşırıqlar verdi

Məhkəmələrin fəaliyyəti təkmilləşdirilir - Nazir tapşırıqlar verdi

08-04-2019 17:18 - Moderator.az - Siyasət
Qeyd edilib ki, əhalinin, xüsusilə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmənin təşkili, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması barədə işlərin davam etdirilməsi, hakimlərin və məhkəmə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrin infrastrukturu və təchizatının yaxşılaşdırılması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, habelə hakim ştatlarının sayının 200 vahid artırılması ilə bağlı tövsiyə və tapşırıqlar ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək. İclasda hakimlərin müstəqilliyinin təmin edilməsi, onların fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə “qaynar xətt” yaradılması, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi işinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə məhkəmə qərarlarının elektron dərci, işlərin elektron bölüşdürülməsi, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin olunması üzrə mütəmadi monitorinqlərin keçirilməsi barədə konkret tapşırıqlar verilib.