Məktəbdə qorxulu anlar yaşandı, 10 müəllimə yardım edildi - YENİLƏNİB

Məktəbdə qorxulu anlar yaşandı, 10 müəllimə yardım edildi - YENİLƏNİB

"Samux rayonunun Tatlı kəndində yerləşən məktəbdə elə də böyük yanğın olmayıb və xəsarət alanlar da yoxdur"

Bu barədəAzvision.az-aSamuxrayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov bildirib. Onun sözlərinə görə, bu gün səhər saatlarında sinif otaqlarından birində tüstülənmə baş verib.

"Odun sobasının uc hissəsindəki boruda ərimə olub. Kiçik qığılcım və tüstüləmə baş verib. Qadın müəllimlər qorxudan çölə çıxıblar. Dərhal yanğınsöndürənlərə xəbər verilib. Qısa zamanda qarşısı alınıb. Ciddi yanğın olmayıb. Heç kim xəsarət almayıb", - G.Hüseynov deyib.

Səhiyyə NazirliyindənAzvision.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan təcili yardım həkimləri tərəfindən 10 müəllimə yardım edilib.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, "112" qaynar telefon xəttinəSamuxrayonunda Tatlı kənd ümumi orta məktəbin binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Məlumata əsasən, qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb. Yanğın hadisəsi olmayıb.

XXX

12:05


Samux rayonunun Tatlı kəndində orta məktəb binası yanır.

Xeberle.com oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşını cəlb edilib.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər