"Məktəblinin dostları" 9 şagirdin həyatını xilas edib / FOTOLAR

"Məktəblinin dostları" 9 şagirdin həyatını xilas edib  / FOTOLAR

"“Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb.

Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər “Məktəblinin dostları” fəaliyyət göstərir".

Metbuat.az-ın məlumatına görə, bunu "Məktəblinin dostu" layihəsinin hesabat tədbirində layihənin rəhbəri Rüstəm Ağayev bildirib.

Onun sözlərinə görə,

layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

R.Ağayev bildirib ki, ilk olaraq 2016-cı ilin avqustunda 810 nəfər onlayn müraciət edib. Şərtlər "Məktəblinin dostu"nun 21-35 yaş arası olması və ali təhsilli olması, eyni zamanda "ASAN könüllü" olmasıdır. Müraciət edən 810 nəfər müsabiqədə iştirak ediblər. Onlara 30 ümumi, 20 psixoloji sual verilib. 370 nəfər müsabiqənin ikinci, müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar. 200 nəfər təlimə cəlb olunub, onlara Fövqəladə Hallar, Səhiyyə və Təhsil Nazirliyi, Bakı şəhəri Təhsil İdarəsi tərəfindən təlimlər keçirilib, eyni zamanda psixoloji treninqlərdə iştirak ediblər. Sonda 124 nəfər 2 aylıq treninqlərdə iştirak etdikdən sonra fəaliyyətə başlayıblar".

Layihə rəhbəri qeyd edib ki, "Məktəblinin dostu" layihəsinin gəncləri bu günə qədər 4464 şagirdə ilkin tibbi yardım göstərib, 9 məktəblinin həyatı xilas edilib, 9 yanğının qarşısı alınıb, 157 dəfə oğurluğun qarşısı alınıb. Çalışdığımız məktəblərdə siqaret çəkmə halları 90 faizə qədər azalıb, 9089 münaqişənin qarşısı alınıb. 2019-cu ilin aprelinə qədər 1113 şagird Psixoloji Mərkəzin xidmətindən istifadə edib".

Layihə rəhbəri həyata keçirilən "Yay məktəbi" layihəsi barədə də məlumat verərək bildirib ki, V-VI sinif şagirdləri iyulda, VII-VIII sinif şagirdləri isə avqustda bu layihədə iştirak edir.

Rüstəm Ağayev bildirib ki,

"Məktəblinin dostları” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər:

"Hazırda "Məktəblinin dostu" layihəsi 56 min şagirdi, yəni ümumi şagird sayının 4 faizini əhatə edir. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur".

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər