Mələkxanım Əyyubova titullarını zirehə çevirmədi...


Ən yaxın qan qohumun bir cinayətə bulaşanda, əxlaqsızlıq bataqlığının içinə girəndə, sənə çirkab atmır, cinayətinə şərik etmir, amma səni toplum qarşısında utandırıb, mənən öldürür.

Xalq artisti Mələkxanım Əyyubovanın kiçicik mövqeyində təkcə utanmaq yox, əzab yox, sarsıntı yox, mənən ölmək yox, həm də qan bağlarından dərhal qopmağa səmimi bir üsyan vardı.

Ünlü adamların kimliyi, titulları öz doğmalarının sirrinin faş olmaması, ictimai qınaqdan qorunmasında güclü zirehə çevrilə bilmir.

Bəzən də olur; amma Mələkxanım Əyyubova vəzifəsinə, ad-sanına görə güclü neçə-neçə kişidən fərqli olaraq, adı iyrənc əməllərdə keçən yaxınlarını qorumaq üçün nüfuzunu , hörmətini, titullarını zirehə çevirmədi. İmtina etdi, doğmalıqdan sildi; onun adına zərbə vuran idbar, vahim, biabırçı hərəkətlərin sahiblərinə ən kəskin cavabı verdi.

Bir maddi yoxsul, səfil, eyni zamanda cahil və nadan kiminsə cibinə girər, oğurluq edər, əxlaqsız olar, başa düşərsən - aclıq, amansız ehtiyac onu arzuolunmaz əyri yollara sürükləyir; bisavadlığı şüurunu gücsüzləşdirir deyə, cinayətə bulaşdığını, ləyaqətsizliyini idrak etməyə zorlanır.

Amma səfalət nə olduğunu bilməyən, ali təhsil pilləsi görən, hörmətli nəslin içində yetişən bir gəncin qeyri- əxlaqi metodlarla dələduzluq, yaxud şantaj yolunu seçməsini, Azərbaycan qızının çılpaq videosunun hazırlanıb, yayılmasında şəriklik etməsini anlamaq o qədər də asan deyil.

Çünki bəzi insanlar üçün yazılmamış əxlaq qanunları var ki, nüfuzlu bibiyə, xalaya, ataya, əmiyə, dayıya görə mənəvi qanunlara tebeçilik məcburiyyəti daşıyırlar. Ailə böyüyü, nəsil böyüyü, özü də bu böyük hər zaman cəmiyyətin gözləri qabağında olan birisidirsə, etimad və hörmətinin ciddi cat almamasında doğma ətrafın üzərinə böyük məsuliyyət düşür...

Mələkxanım Əyyubova oxutduğu, çörək verdiyi qardaşı, bacısı uşaqlarının meşşan təbiəti, iyrənc əməlləri üçün məsuliyyət daşımır-doğrudur, amma xəcalət çəkir.

Titullarını itirmir, səsini itirmir, amma hörməti, nüfuzu üçün həyəcanlanır. Haqlıdır! Çünki toplumun kinayəsini, ictimai tənqidləri dəf etmək asan deyil. Soyadlarına düşən ləkələr onun sənətini əlindən almır, amma etibarını yerlə bir edir. Mənəvi naqisliklər, cinayətə gedib çıxan xətalar, hər zaman yüksək tribunalara qalxan nüfuzlu bibinin, xalanın, atanın, ananın, hörmətli əminin sözünün çəkisini azaldır, onların bilik və təcrübəsindən, dayandığı məqamdan cəmiyyətə gələcək xeyirə ictimai şübhə yaradır. Mələkxanım Əyyubova buna layiq deyildi. O, hər həftə Muğam Müsabiqəsində xalqının qarşısına çıxacaq. Hər dəfə keçirəcəyi hissləri təsəvvür etmək çətin deyil!..


Siyasət xəbərləri
KİVDF 25 qəzetə maliyyə yardımı ayırıb     — SİYAHI

KİVDF 25 qəzetə maliyyə yardımı ayırıb — SİYAHI

01-04-2019 21:48 - Demokrat.az - Siyasət
Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.  Fonddan Demokrat.az-a verilən məlumata görə, qurumun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlikdəki 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqəyə təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi.məsələ barədə məlumat verib.  KİVDF-nin icraçı direktoru Vüqar Səfərli məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2019-cu ilin ikinci rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqə fevralın 1-dən martın 28-dək davam edib.  "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinın inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən 19 istiqamət üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 ictimai-siyasi qəzetdən sənəd təqdim edilib. O qeyd edib ki, 2019-cu ilin ilk rübündə maliyyə yardımı ayrılmış əksər qəzetlərin fevral-mart aylarında tiraj və yayımla bağlı Fonda təqdim etdikləri hesabatlar onların ikinci rüb üçün elan edilmiş yeni maliyyələşmə şərtlərinə hazır olmadıqlarını göstərib.  İcraçı direktor bildirib ki, Fond bu səbəbdən də güzəştli və humanist yanaşma nümayiş etdirərək fevral-mart aylarında tiraj və yayımla bağlı təqdim olunmuş sənədlər əsasında ictimai-siyasi qəzetlərin 3 kateqoriyaya (gündəlik, günaşırı və həftəlik) bölünməsini və maliyyələşdirilməsini təklif edir. İcraçı direktor vurğulayıb ki, I kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 20000 manat maliyyə yardımının ayrılması təklif olunur. II kateqoriyaya son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin daxil edilməsi, onlara aylıq 10000 manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır. III kateqoriyaya isə son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən gündən səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin daxil edilməsi və onlara aylıq 5000 manat maliyyə vəsaitinin ayrılması təklif olunur. V.Səfərli bildirib ki, yeni şərtlərə əsasən qəzetlərə ayrılacaq maliyyə yardımının əsaslı şəkildə artırılması nəzərdə tutulur.  İcraçı direktor, həmçinin bildirib ki, 2019-cu ilin II rübündə yeni şərtlərə cavab verməyən qəzetlərin maliyyələşdirilməsinin dayandırılması nəzərdə tutulur. Sonra Müşahidə Şurasının üzvləri yayım və tirajla bağlı təqdim edilmiş sənədlər əsasında geniş müzakirələr aparıblar.
Teleqraf.com digər xəbərlər