Məleykə Abbaszadə: "Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır"

Məleykə Abbaszadə: "Buraxılış imtahanları ilə bağlı müzakirələr elmi müstəvidə aparılmalıdır"

“Kurrikulum əsasında imtahan prosesi ilk dəfə 2 il əvvəl 9-cu sinif şagirdləri üçün keçirilib. 9-cu sinfin imtahanı zamanı ortaya çıxan problemlərlə bağlı təhsil ictimaiyyətinə məlumat vermişdik”.

Bunu ONA-ya açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

Bu il həmin şagirdlər üçün 11-ci sinifdə buraxılış və qəbul imtahanlarının təşkil edildiyini nəzərə çatdıran M. Abbaszadə deyib ki, bu sahədə müzakirələr elmi müstəvdə aparılmalı, riyazi məsələləri riyaziyyatçılar, ədəbiyyatla və Azərbaycan dili ilə bağlı problemləri həmin sahənin mütəxəssisləri müzakirə etməlidir: “Bunu ümumiləşdirib hansısa bir formatda təqdim etmək olmaz, bunlar elmi-metodiki məsələlərdir. Bu il 11-ci sinifdə imtahan verən uşaqlar 2 il əvvəl 9-cu sinifdə kurrikulum əsasında imtahan vermiş uşaqlardır. Biz imtahanın təşkilində 2 il əvvəl olan imtahanın nəticələrini də nəzərə almışıq. Bu il 11-ci sinfin buraxılış imtahanının nəticələri isə hələlik yoxlanılır, ona görə də hələlik bir söz deyə bilmərəm”.

Şagirdlərin açıq tipli suallarda çətinlik çəkib-çəkməməsinə gəlincə, M. Abbaszadə qeyd edib ki, sualların yoxlanılması prosesi başa çatmadığı üçün bu barədə hələ ki, bir söz deyə bilməz.

Hadisə xəbərləri
Ona.az digər xəbərlər