Memarlar İttifaqının sədri qalmaqala belə reaksiya verdi:“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm”


Memarlar İttifaqının sədri qalmaqala belə reaksiya verdi:“İçərişəhər məsələsinə münasibət bildirmək istəmirəm”

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətininsədri Elbay Qasımzadəİçərişəhərdə aparılan tikinti işlərinəmünasibət bildirməkdən imtina edib.

O, “Report”un əməkdaşı ilə söhbətində hazırda ölkədən kənarda olduğunu deyib:“Mən hazırda Moskvadayam, Bakıda deyiləm. İçərişəhər məsələsinə heç bir münasibət bildirmək istəmirəm”.

Qeyd edək ki, İçərişəhərdə aparılan tikinti işləri mövzusu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə açıqlama verərək aparılan tikinti işlərinin qala divarlarına və ümumiyətlə, İçərişəhərə ziyan vurmadığını bildirib.

Hadisə xəbərləri
Strateq.az digər xəbərlər