Məmmədyarov Lavrovla görüşdü - YENİLƏNİB

Məmmədyarov Lavrovla görüşdü - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib.

Bu barədə XİN məlumat yayıb.

Görüş Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilib.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

12:46

Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçiriləcək.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Siyasət xəbərləri
Oxu.az digər xəbərlər