“Mən Peyğəmbər buyuran kimi namaz qılıram” demək düzgündürmü?

“Mən Peyğəmbər buyuran kimi namaz qılıram” demək düzgündürmü?

Heç bir məzhəbə bağlı olmamaq və "mən Peyğəmbər buyuran kimi namaz qılıram" demək düzgündürmü?

Bu fikirdə olanları iki qismə ayırmaq olar. Birinci qismdən olanlar dini bilikləri dərin olmayan, həqiqətən, İslam dünyasındakı parçalanmalardan narahatlıq hissi keçirən və çıxış yolunu bu cür düşünməkdə görən şəxslərdir. İkinci qrup isə məsələnin mahiyyətini çox gözəl anlayır, amma qəsdən, o birləri azdırmaq üçün bu cür şüarlardan istifadə edir. Əslində isə məzhəbsiz şəkildə ibadət etmək sadəcə qeyri-mümkündür.

Milli.Az islam.az-a istinadən bildirir ki, çünki ibadətlər şəriət hökmləri əsasında qurulub, şəriət hökmləri isə mütləq hər hansı məzhəblə bağlıdır. Heç bir məzhəbə bağlı olmayan şəxs bütün ibadətlərini yarımçıq şəkildə etmiş kimidir. Çünki namazın elə əməlləri var ki, bir məzhəbdə vacibdir, o birisində isə namazı batil edir. Əgər insan heç bir məzhəbin şəriət hökmlərinə tabe olmursa, namaz əməllərinin yarısını bir məzhəbdən, yarısını da o biri məzhəbdən götürürsə, deməli, hər ikisi baxımından namaz düzgün sayılmır. Peyğəmbərin nə şəkildə namaz qıldığını öyrənmək istəyən şəxs etimad etdiyi bə doğru saydığı məzhəbin şəriət alimlərinin dediklərinə əməl etməlidir.

Milli.Az

Siyasət xəbərləri
Milli.az digər xəbərlər