“Məni Akif İslamzadənin arvadı kimi tanıyırlar”

“Məni Akif İslamzadənin arvadı kimi tanıyırlar”

"25 il AzTV-də çalışmışam. Bu müddət ərzində yeddi sədr dəyişib. Daha sonra kanaldan getdim, məni buna məcbur etdilər. Getdiyim ildəki kimi (red: sədr Arif Alışanov olub) gərgin şərait heç vaxt olmamışdı. Tək mən yox, bir çoxu işdən ayrıldı”.


"Qafqazinfo” xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə deyib. Məşhur diktor "21 sual” "Youtube” layihəsinin qonağı olarkən maraqlı fikirlər səsləndirib.


N. İslamzadə insanların hələ də onu Akif İslamzadənin həyat yoldaşı kimi tanıdıqlarını bildirib: "Efirə Nailə Uluxanova kimi çıxdım. Ondan 2-3 il sonra İslamzadə oldum. O zamanlar Akif İslamzadəyə görə bu soyad məşhur idi. Hətta Akif bəyin xanımının adı Nailə idi və bir övladı varıydı. Mənim də bir övladım var, hər şey uyğundur. İndi də elə bilirlər ki, mən Sara xanımın gəliniyəm. İndiyədək də bunu düşünənlər var”.


Diktor proqramda qeyd edib ki, çoxuşaqlı ailə arzusu reallaşmayıb: "Hər kəsin ailəsi var və bu, hamının özünə aiddir. Durum, həyat yoldaşımdan danışım və ya şikayət edim? Mənim üçün ayıb olar. Mənim həyatımdır. Müəyyən şeyləri danışmaq olar. Çox övlad istəyərdim, amma Allah birini qismət etdi”.

www.anews.az

loading...

Mədəniyyət xəbərləri
Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

Aprelin 28-i növbəti qəbul imtahanı keçiriləcək

24-04-2019 11:43 - Moderator.az - Mədəniyyət
DİM-dən Moderator.az-a verilən məlumata görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaqDövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il aprelin 28-də :– ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları;– ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;– Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları;–xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları;– üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları;– əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Anews.az digər xəbərlər