"Mercedes"in hegemonluğu, iki dəfə fərqlənən meksikalı, beş debütant - TƏHLİL

"Mercedes"in hegemonluğu, iki dəfə fərqlənən meksikalı, beş debütant - TƏHLİL

Azərbaycanda keçirilmiş “Formula 1” yarışlarında heç bir pilot birdən çox qələbə qazana bilməyib.

“Report”un məlumatına görə, əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının sürücüləri rəqiblərini qabaqlayıblar. Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub. Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamından tez keçib.

Böyük Britaniyanın “Racing Point” komandasının pilotu Sexio Peres Bakıda 1-dən çox podiuma çıxan yeganə şəxsdir. 29 yaşlı meksikalı sürücü ilk dəfə 2016-cı ildə hazırkı komandası “Force India” adlanan vaxt 3-cü yeri tutub. O, ötən il də eyni göstəriciyə imza atıb.

Bakıda ümumilikdə ən çox xalı Hemilton toplayıb. Onun hesabında 45 xal var. Britaniyalı pilot dövrə sayında liderliyi İtaliya “Ferrari”sindən Sebastyan Fettel ilə bölüşür. Onlar həm də hərəyə 33 dəfə dövrəni lider kimi başa vurublar.

Antonio Covinatsi (“Alfa Romeo”, İsveçrə), Aleksandr Albon (“Toro Rosso” ), Corc Rassell, Robert Kubitsa (hər ikisi “Williams”, Böyük Britaniya) və Lando Norris (“McLaren”, Böyük Britaniya) Bakıda ilk dəfə “Formula 1” yarışında iştirak edəcəklər.

Sürücü GP xal dövrə ən yaxşı poul ilk sıra ən tez dövrə podium qələbə
hamısı lider start finiş
Lüis Hemilton ("Mercedes") 3 45 153 33 1 1 1 2 1 1
Sebastyan Fettel ("Ferrari") 3 42 153 33 1 2 1 1 1 1
Daniel Rikkardo (Renault) 3 31 141 18 2 1 1 1 1
Serxio Peres ("Racing Point") 3 30 141 6 3 2
Kimi Raykkonen ("Alfa Romeo") 3 30 148 3 2 1
Valteri Bottas ("Mercedes") 3 26 150 18 2 2 1 1 1
Kevin Maqnussen ("Haas") 3 6 152 12 7
Karlos Sayns (McLaren) 3 14 144 9 5
Maks Ferstappen ("Red Bull") 3 4 102 5 8
Niko Hülkenberq (Renault) 3 2 85 12 9
Romen Qrojan ("Haas") 3 142 11 13
Lens Stroll ("Racing Point") 2 19 102 8 3 1
Daniil Kvyat ("Toro Rosso") 2 15 6
Şarl Lekler ("Ferrari") 1 8 51 13 6
Pyer Qasli ("Red Bull") 1 51 17 12

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

SOCAR Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Siyasət xəbərləri
Report.az digər xəbərlər