Mərdəkan çimərliyindən qadın meyiti tapılıb - FOTO - FOTOLAR

Mərdəkan çimərliyindən qadın meyiti tapılıb - FOTO - FOTOLAR

Aprelin 17-si Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən ATV.az-a verilən məlumata görə, meyiti tapılan qadının xarakterik əlamətləri belədir: Boyu 159 santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır. Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslubunda tikilən qara şalvar, qara uzunboğaz yun köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

ATV.az

Hadisə xəbərləri
Atv.az digər xəbərlər