Mərkəzi Bank 1,33 milyard manatlıq əsginas və sikkələri dövriyyədən çıxardı

Mərkəzi Bank 1,33 milyard manatlıq əsginas və sikkələri dövriyyədən çıxardı

2018-ci ildə Azərbaycan Mərkəzi Bankı 1,33 milyard manat dəyərində istifadəyə yararsız əsginas və sikkələri dövriyyədən çıxarıb.


Trend bu barədə bankın hesabatına istinadən məlumat verir.


Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu məbləğ 1,3 milyard manata bərabər olmuşdu.


Hesabata əsasən, ötən il Azərbaycana 6,42 milyard manat məbləğində yeni əsginas və sikkə daxil olub. Bu, 2018-ci illə müqayisədə 15,6 dəfə çoxdur.


2019-cu il yanvarın 1-dək dövriyyədə 8,36 milyard manat həcmində əsginas və sikkə olub. Əvvəlki illə müqayisədə bu göstərici 223,9 milyon manat artıb.


www.anews.az

loading...

İqtisadiyyat xəbərləri
Anews.az digər xəbərlər