Mərkəzi Bank manatın məzənnəsini dəyişmək İSTƏMİR

Mərkəzi Bank manatın məzənnəsini dəyişmək İSTƏMİR

Azərbaycanda 2018-ci ilin dekabr ayından etibarən uçot dərəcəsi 9.75%, faiz dəhlizinin yuxarı həddi 11.75%, aşağı həddi isə 7.75% təşkil edirdi. 2019-cu ildə isə uçot dərəcəsində artım və ya azalmanın olması ilə bağlı rəsmi qərar qəbul edilməyib. Lakin dəyişikliyin olacağı gözləniləndir. Bu barədə iqtisadçı ekspert Vüqar Bayramov Modern.az-a danışıb.

“Ötən ay Mərkəzi Bankda uçot dərəcəsinə baxıldı, amma dəyişdirilməsi ilə bağlı hər hansı bir qərar qəbul edilmədi. Mütəmadi olaraq uçot dərəcəsi nəzərdən keçirilir və uçot dərəcəsinin dəyişdirilməsi eləcə də mövcud həddinin saxlanılması ilə bağlı qərarlar qəbul edilir.

Amerikanın Federal Ehtiyatlar Sistemi ilə Ağ Ev arasında fikir ayrılığı var. Ağ Ev və Trump adminstrasiyası uçot dərəcəsinin artırılmasında maraqlı deyil. Çünki bu, dolların məzənnəsinin yüksəlməsinə və möhkəmlənməsinə gətirib çıxarır”.

V.Bayramov bildirib ki, Azərbaycan ABŞ-ın mövcud iqtisadi göstəricilərinə uyğun olaraq uçot dərəcəsini tənzimləməyə çalışır.

Hələ ki, Ağ Ev uçot dərəcəsininin aşağı salınmasında maraqlı görsənir. Eyni zamanda ABŞ prezidenti Donald Tramp bu yaxınlarda öz sosial şəbəkə hesabında Amerika Mərkəzi Bankını tənqid etdi. Xüsusən də dolları möhkəmləndirməklə ABŞ-ın ixrac imkanlarının azalmasını vurğuladı. 2018-ci ildə verilən son açıqlamada 2019-cu il uçot dərəcəsinin artırılması istisna edilmirdi. Güman olunur ki, ABŞ-ın iqtisadi göstəriciləri imkan verərsə o zaman biz uçot dərəcəsinin artırılması ilə bağlı dəqiq qərar qəbul edəcəyik”.

Ekspertin sözlərinə görə, uçot dərəcəsinin dəyişməyəcəyi halda, dolların xarici valyuta nisbətində məzənnəsinin aşağı düşməsi gözlənilmir.

“Manat üçün də bu dəyişiklik psixoloji təsir olaraq gözlənilir. Mərkəzi Bank qlobal valyuta bazarını izləyir və hələ ki, manatın məzənnəsinin dəyişilməsində bir yenilik yoxdur”.

Əzizə ZEYNAL

İqtisadiyyat xəbərləri
Modern.az digər xəbərlər