Mərkəzi Bank Uçot dərəcəsinin faizini azaltdı

Mərkəzi Bank Uçot dərəcəsinin  faizini  azaltdı

Azərbaycan Mərkəzi Bankında faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair sədr Elman Rüstəmovun mətbuat konfransı keçirilir.

Metbuat.az-ın məlumatına görə, Elman Rüstəmov bildirib ki, uçot dərəcəsini 9 faizdən 8,75 faizə endirilməsinə qərar qəbul edliib.

Sədr bildirib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% səviyyəsində müəyyən olunub.

E.Rüstəmov bildirib ki, Mərkəzi Bank bu qərarı qəbul edərkən həm ölkədə gedən markoiqtisadi prosesləri, həm də əlverişli xarici mühiti nəzərə alıb.

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Elman Rüstəmov , Azərbaycan Mərkəzi Bankı , Azərbaycan Xəbərləri Class
İqtisadiyyat xəbərləri
Metbuat.az digər xəbərlər