Mərkəzi Bank: Bir ildə 20 manatlıqların 60 faizi köhnəlir

Mərkəzi Bank:
Bir ildə 20 manatlıqların 60 faizi köhnəlir

"Bundan əvvəl dövriyyədə yararsız pullar var idi. Amma hazırda yararsız pulların istifadəsinə qadağa qoymuşuq"


Moderator.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Ölkənin baş bankiri qeyd edib ki, hazırda dövriyyədə 8,3 milyard manat pul var:


"İri pul nominalları pul kütləsinin 90 faizini təşkil edir. Məlum olduğu kimi, pullar dövriyyədə çox işləndikcə köhnəlir. Bir il ərzində 20 manatlıqların 60 faizi, 1, 5, 10 manatlıqların isə 80 faizi köhnəlir. Köhnəlmiş pullar Mərkəzi Bankda yenidən çeşidlənir və təmizlənir. Həmin pullar xəzinədə optimal rejimdə saxlanıldıqdan sonra dövriyyəyə buraxılır".

Açar sözlər
Elman Rüstəmov , Mərkəzi Bank
İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər