Mərkəzi Bankdan manatla bağlı QƏRAR

Mərkəzi Bankdan manatla bağlı  QƏRAR

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 9%-dən 8,75%-ə endirib.

Bunu AMB-nin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

E.Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı həddi 10,75%, aşağı həddi isə 6,75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.

Mərkəzi Bank faizlərə növbəti dəfə iyunun 7-də baxacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

İqtisadiyyat xəbərləri
Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

Prezident “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nı təsdiqləyib

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 Prezident İlham Əliyev “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb


 
 
 Sənəd müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısamüddətli və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən ortamüddətli xərclər çərçivəsinin hazırlanması və bu zəmində nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üçün ilkin zəruri tədbirlərin görülməsi məqsədi daşıyır.
Fərmanla “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”təsdiq edilib.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 4.7-ci bəndində qeyd olunan büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması qaydasını, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmanla təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın 2020-ci və 2021-ci illərin dövlət büdcəsi layihəsinin tərtibi prosesinə və büdcə təqviminə paralel olaraq tətbiqini təmin etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
MilliYol.
Olaylar.az digər xəbərlər