“Mersedes” traktora, sonra “KamAZ”a çırpıldı

“Mersedes” traktora, sonra “KamAZ”a çırpıldı

Beyləqan rayonunun Gödəklər kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 7-də saat 1 radələrində Beyləqan rayonunun Gödəklər kəndi ərazisində Xocavənd rayon sakini V.Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən kənd sakini M.Məhərrəmovun idarə etdiyi "T-28" markalı traktora vurmuş, idarəetməni itirdiyindən avtomobil əks istiqamətdə hərəkətdə olan Ağcabədi rayon sakini İ.Abbasovun idarə etdiyi "KamAZ" markalı avtomobilə çırpılmışdır. Nəticədə V.Novruzovun sərnişinlərindən Ağcabədi rayon sakini Xəlil Ağayev xəstəxanaya aparılarkən yolda ölmüş, özü və 1 sərnişini xəstəxanaya yerləşdirilmişlər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər