Meşədə narkotik becərən gənclər saxlanıldı - FOTO

Meşədə narkotik becərən gənclər saxlanıldı - FOTO

Meşədə narkotik becərən gənclər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhən kəndindəki meşəlik ərazidə ayrı-ayrı plastik qablarda aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 45 ədəd çətənə bitkisi aşkar edilib.

Davam etdirilən tədbirlər nəticəsində həmin narkotik tərkibli bitkiləri becərən şəxslərin rayonun Ərəgit kənd sakinləri 24 yaşlı Hüseyn Quliyev və 23 yaşlı Elxan Hüseynov olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Publika.az digər xəbərlər
Azərbaycanda ilk dəfə Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək - FOTOLAR

Azərbaycanda ilk dəfə Gədəbəydə Milli Yaylaq Festivalı keçiriləcək - FOTOLAR

09-05-2019 16:59 - Publika.az - Mədəniyyət
Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi (etnoqrafik-mədəni-idman tədbiri) təşkil ediləcək.

Milli Yaylaq Festivalı şərti olaraq 3 hissədən ibarət olacaq: mədəni-etnoqrafik hissə, milli yaylaq (idman) oyunları və ekoetnoturizm.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər (yallılar, cəngilər), xalq mahnıları, səhnələr, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq, molla-mindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri (odun üzərində bişən xörəklər: dovğa, çoban buğlaması, sacüstü kətələr, kabablar və sair) bişiriləcək, qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi keçiriləcək, yaylaq və spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası olacaq.

Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların (avarlar, molokanlar, talışlar, yəhudilər, ləzgilər və sair) nümayəndələrinin mədəni proqramları və nümunəvi çıxışlarına yer veriləcək.

Milli yaylaq oyunları adlı hissədə Yaylaq (idman) oyunları şərti adı altında qədim tarixə malik yorğa at yarışları, atüstü oyunlar və milli idman növləri üzrə yarışmalar və nümunəvi çıxışlar təşkil olunacaq.