Meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

Meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi aprelin 25-də dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması, eləcə də meşələrin yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Qəbələ şəhərində regional seminar-müşavirə keçirib. FHN-dən SİA-ya bildiriblər ki, “Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi” mövzusunda keçirilən regional seminar-müşavirədə taxıl yığımına və ot tədarükünə hazırlıq, dənli bitkilərin yetişmə və məhsul yığımı dövründə yanğın təhlükəsizliyi ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələlər qaldırılıb.

Tədbirdə rayon icra hakimiyyətləri, bələdiyyə, meşə mühafizəsi və bərpası müəssisələri, fermer təsərrüfatları nümayəndələri iştirak edib.

loading...

Hadisə xəbərləri
Sia.az digər xəbərlər