Məşhur aktyor 52 yaşında ata oldu - Foto


Fransız aktyoru Vincent Kassel və top model Tina Kunakeyın qızları dünyaya gəlib.

Teleqraf.com xəbər verir ki, 8 ay əvvəl evlənən cütlük uşağın adını Braziliyadakı Amazon meşələrindən ilhamlanaraq "Amazonie" qoyublar. Kassel İnstaqramda həmin meşələrin şəklini paylaşaraq "Amazonie doğuldu " yazıb.

Məşhur aktyorun keçmiş xanımı Monika Belluçidən iki qızı var. Cütlük 2013-cü ildə boşanıb. 2016-cı ildə isə Vincentin özündən 30 yaş kiçik xanımı top model Tina Kunakey ilə sevgi münasibəti başlayıb.

Aralarında xeyli yaş fərqinin olmasına baxmayaraq, Tina Vincentlə böyük eşq yaşadığını hər fürsətdə dilə gətirir.

/Axşam.az/


Açar sözlər
Instaqram , Amazon , Braziliya , Kassel
Mədəniyyət xəbərləri
IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlanıb

IX sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlanıb

23-04-2019 22:10 - Big.az - Mədəniyyət
Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da Sumqayıt, Abşeron, Gəncə, Daşkəsən, Göygöl, Samux, Şamaxı, Naftalan, Goranboy, Yevlax, Şəki, Qəbələ, Oğuz, Bərdə, Ağdam, Tərtər, Kürdəmir, Zərdab, Ağsu, İmişli, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara, Xaçmaz və Şabranda yerləşən ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib. “Report” xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər (39011 nəfər) DİM-in internet saytında https://e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər. DİM-dən bildirilib ki, martın 3-də keçirilmiş imtahanın nəticələri aprelin 18-də DİM-in saytında yerləşdirilib: "Çox təəssüf ki, imtahan nəticələri, cavab vərəqləri və qiymətləndirmə meyarlarına baxanların sayı azdır.
Teleqraf.com digər xəbərlər