Məşhur alim xərçəngin ƏSL SƏBƏBİNİ AÇIQLADI - VİDEO

Məşhur alim xərçəngin ƏSL SƏBƏBİNİ AÇIQLADI - VİDEO

Türkiyənin daxili xəstəlikər üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini verib.

Panorama.Azpublika.az-a istinadən xəbər verir ki, professor heyvan və bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri olmadığını deyib.

Mədəniyyət xəbərləri
Panorama.az digər xəbərlər
Problemli krediti olan şəxslərə kompensasiya BU TARİXDƏN ÖDƏNİLƏCƏK

Problemli krediti olan şəxslərə kompensasiya BU TARİXDƏN ÖDƏNİLƏCƏK

19-04-2019 19:53 - Panorama.az - İqtisadiyyat
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.
 
 
 Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, palata kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib.
 
 
 Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.
 
 
 Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.