Məşhur dietoloqdan məsləhətli 10 qida: Daha rahat oruc tutacaqsınız


Məşhur dietoloqdan məsləhətli 10 qida: Daha rahat oruc tutacaqsınız

Orucu daha rahat tutmaq və problemlərlə üzləşməmək üçün Türkiyənin tanınmış professoru Canan Karatay bir sıra məsləhətlərlə çıxış edib.

Cebhe.info mütəxəssisin məsləhətlərini təqdim edir.

1. Darçınlı süd. İmsaqda içsəniz, səhəri gün daha rahat oruc tuta bilərsiniz.
2. Çörəkotu. Tərkibindəki yağlar insanda toxluq hissi yaradır. Obaşdan bir kasa qatığa bir az çörəkotu qatıb yeyin.
3. Mədən suyu. Əgər təzyiq probleminiz yoxdursa, adi suyla bərabər 1 şüşə təbii mədən suyu için.
4. Yumurta. Obaşdan yumurta yemək gün ərzində aclıq hissinin yaranmasını önləyəcək. Karatay hətta 3-4 yumurtanı kərə yağında bişirib yeməyi məsləhət görür.
5. Süd. Kalsium və D vitamini bol olduğuna görə toxluq hissi yaradır.
6. Zeytun yağı. Obaşdan yeyiləcəyi təqdirdə həzm prosesini yaxşılaşdırır. Yağın verdiyi enerji 72 saata bəs edər. Aclıqdan yaranan başgicəllənməsinin qarşısını alar.
7. Quru lobya. Toxluq hissi yaradan yeməklərdəndir.
8. Yaşıl çay. Ramazan ayında gündə 2-3 fincan içmək tövsiyə olunur.
9. Kefir. Obaşdan süfrənizdən əksik etməyin.
10. Qoz. Tərkibindəki vitamin və yağlar həzmi yaxşılaşdırır. Toxluq hissi yaradır.

Xəzər
Cebhe.info


Oxunma sayı: 67