Məşhur Elina da vəfat etdi

Məşhur Elina da vəfat etdi

Elina Bıstritskaya bu gün vəfat etdi. SSRİ xalq artisti, teatr və kino artisti. Ötən əsrin ən gözəl, ən məlahətli, ən görümlü qadınlarından biri. Mən onu “Sakit Don” filmindən tanıyıb sevmişəm. Elina həmin 3 seriyalıq kino-epopeyada Aksinya obrazını yaratmışdı. Filmin rejissoru Sergey Gerasimov əvvəlcə əsərdəki ən aparıcı rollardan birinə o qədər də məşhur olmayan aktrisanı çəkmək istəmirdi. Məhz romanın müəllifi Mixail Şoloxovun təkidi təkidi ilə razılıq əldə olundu. Beləliklə, film çox şey qazandı. Belə ki, Elina kinoda 20-ci əsrin ən parlaq qadın obrazlarından birini yaratdı. Düzdür, Elina Bıstritskaya başqa rollara da çəkilib. Amma, məncə onun şah rolu Aksinya idi. Bir dəfə ailə qurmuşdu. Övladı yox idi. Əbədiyyət yolun mübarək, Elina.

Firuz Mustafa

Mədəniyyət xəbərləri
Modern.az digər xəbərlər