Məşhur müğənni öz ad günündə öldü

Məşhur müğənni öz ad günündə öldü

Tanımış fransız müğənni Erve Forneri (daha çox Dik Rivers səhnə adı ilə tanınır - red.) öz ad günündə - aprelin 24-də dünyasını dəyişib.

Bu barədə müğənninin meneceri “Twitter”də məlumat paylaşıb.

Artistin xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. Onun 74 yaşı tamam olmuşdu.

Müğənni dünyada fransız “rock-roll” üslubunun inkişafına böyük töhfələr verib. Forneri Elvis Preslinin yaradıcılığından ilhamlanıb, özünə seçdiyi Dik Rivers səhnə adı isə Preslinin baş rola çəkildiyi “Səni sevmək” (1957) adlı romantik dramın baş qəhrəmanının adıdır.

Xidməti siyahısında 30-dan çox albom, onlarla sinql yer alır. Sonuncu albomu 2014-cü ildə işıq üzü görmüşdü.

Paylaş:

Mədəniyyət xəbərləri

"Qocalar cavan olublar və cavanlığın nə olduğunu bilirlər, cavanlar hələ qocalmayıblar..."-  ANAR DA YAZDI

26-04-2019 19:15 - Cebhe.info - Mədəniyyət
Səhər doqquzda məni cib telefonum oyatdı, hansı saytdansa soruşurdular: Musa Yaqubun vəziyyətiylə bağlı Yazıçılar Birliyi nә tәdbirlər görmәk fikrindәdir? Yuxulu-yuxulu cavab verdim ki, Musa Yaquba nə olub ki, yubileyini keçirdik, indi istədiyi nədir?



Xoş niyyətləri olsaydı bu sözlərimi belə başa düşərdilər ki, şairin daha hansı xahişi, arzusu var? Bəd niyyətləri olduğu üçün qəsdən belə yozdular ki, guya mən «yubileyini keçirmişik, daha bizdən nə istəyir?» kimi kobud münasibət bildirmişəm.



Yaxın dost olmasaq belə ikimiz də eyni nəslə mənsub qələm adamları kimi Musayla həmişə xoş və mehriban münasibətlərimiz olub, onu şair kimi yetərincə qiymətləndirmişəm, haqqında yazı yazmışam, onu ən yüksək adlara təqdim etmişəm. İndi guya ona qahmar duranlar mənə zəng edib məlumat verə bilməzdilərmi? Telefon ki, çoxdan icad olunub, indi üzə görə canyananlıq göstərənlərin hansı biri bu barədə mənə xəbər çatdırıb, konkret təklif irəli sürub? Yox, bunların dərdi Musa deyil, nəyin bahasına olur olsun, hər fürsətdən istifadə edib Yazıçılar Birliyini ləkələməkdir.



Öz dedikləriylə ürəkləri soyumadı xəstə Musa Yaqubun da adından (məhz adından, özüdən yox) bəyanat aldılar ki, guya şair belə deyib: Qorxdular.
Regionxeberleri.com digər xəbərlər