Məşhur müğənninin oğlu pul üstündə bıçaqlandı – FOTO

Məşhur müğənninin oğlu pul üstündə bıçaqlandı – FOTO

Türkiyəli müğənni Orhan Gencebayın oğlu Gökhan Gencebay bıçaqlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Beşiktaşda taksi sürücüsü ilə mübahisə edib. Taksi sürücüsü maşından enərək Gökhan Gencebayı sinəsindən bıçaqlayıb və daha sonra hadisə yerindən qaçıb.

Qısa davam edən axtarışlardan sonra sürücü polis tərəfindən saxlanılıb.

Xəstəxanada edilən ilk müdaxilənin ardından Gökhanın səhhətinin yaxşı olduğu üzə çıxıb.

İddia olunur ki, mübahisə pul üstündə baş verib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Türkiyə Xəbərləri Class , Türkiyə
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər