Məşhur sənətçinin oğlu bıçaqlandı

Məşhur türkiyəli sənətçi Orxan Gəncəbayın oğlu İstanbulda bıçaqlanıb.
Axar.az xəbər verir ki, sənətçinin oğlu Murad Əmrə Gəncəbay dostu ilə taksiyə mindikdən sonra sürücü ilə mübahisə edib. Daha sonra taksi sürücüsü avtomobili saxlayaraq Gəncəbayın sağ döş hissəsinə bıçaq zərbəsi endirib.
Xəstəxanaya aparılan Gəncəbayın həyati təhlükəsinin olmadığı bildirilib. Faktla bağlı araşdırma aparılır.