Məşhurlar 65 kiloqramlıq kitabı almaq üçün yarışacaq

Məşhurlar 65 kiloqramlıq kitabı almaq üçün yarışacaq

Türkiyəli mərhum fotoqraf Ara Gülerin minlərlə fotosu içərisindən seçilən İstanbulun 55 kadrı kitab formasında çap edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 65 kiloqram və yalnız bir ədəd əsrəyə gətirilən kitab 17 martda auksiona çıxarılacaq.

Yüz səhifəlik əsərə sahi olmaq istəyənlər arasında Türkiyənin varlı ailələri olan Koç və Sabancılar da var. Həmçinin, Tarkan, Derin Mermerci və Engin Altan Düzyatan da kitabı əldə etmək istəyənlər arasındadır.

Xeyli sayda məşhurun qatılacağı auksionda ən yüksək rəqəmi verən şəxs Ara Gülerin özəl qeydləri ilə imzasının da yer aldığı kitaba sahib olaraq sənətçinin xatirəsini yaşadacaq.

Milli.Az

Mədəniyyət xəbərləri
Milli.az digər xəbərlər